Çin avtomobillərinin satışı və servis xidməti üzrə ixtisaslaşmış "Sirena Motors" şirkəti bölgələrdə daha bir sərgi satış salonunu və servis mərkəzini avtomobil həvəskarlarının ixtiyarına verib.
AZXEBER.COM xəbər verir ki, aprelin 28-də Lənkəran şəhərində şirkətin Avropa standartlarına tam cavab verən sərgi satış salonu və servis mərkəzinin təntənəli açılış mərasimi keçirilib. İlk öncə salonun açılışını simvolizə edən rəmzi lent "Sirena Motors"un direktoru Mehmet Coşqun və "Sirena Motors"un Lənkəran filialının direktoru Elmar Həsənov tərəfindən kəsilib. Daha sonra salona daxil olan qonaqları Mehmet Coşqun salamlayıb və salonun rəmzi açarını Elmar Həsənova təqdim edib. Daha sonra tədbirin bədii hissəsi baş tutub.
Tədbirin aparıcılığını tanınmış aktyor Elcan Rəsulov edib. Açılış mərasimi sona çatmamış qonaqlardan biri salonda olan "Jac T6" pikap avtomobilini alıb. Salonun ilk müştərisi olduğu üçün "Sirena Motors"un direktoru Mehmet Coşqun ona 1 illik yağ dəyişmə xidməti hədiyyə edib.
Qeyd edək ki, "Sirena Motors" 2013-cü ildən fəaliyyət göstərir. Çinin 4 nəhəng avtomobil zavodunun Azərbaycanda yeganə və rəsmi distribyutorudur. Bunlar "Changan", "Baic" , "GAC" və "JAC" markalarıdır. Bakıda 4 salonu və 1 servis mərkəzi olan "Sirena Motors" ötən ilin sentyabrında Gəncə şəhərində satış salonu və servis mərkəzi açıb. "Sirena Motors"da avtomobillər ilkin ödəniş 15% olmaqla satılır. Hər bir avtomobilə 5 il və ya 120.000 km zəmanət verilir.
Ətraflı məlumat üçün https://sirenamotors.az saytı və aşağıda göstərilən nömrələr xidmətinizdədir.
Əlaqə nömrələri:
Bakı şəhəri (012) 341 11 33, 050 226 32 00, (050) 226 32 05
Gəncə şəhəri (070) 991 19 19, (051) 250 51 20
Lənkəran şəhəri (050) 348 78 88
Qaynar xətt: 1630