Şirkət rəhbəri katibəsi ilə küçədə görüntüləndi: Video izlənmə rekordu qırdı

Şirkət rəhbəri katibəsi ilə küçədə görüntüləndi: Video izlənmə rekordu qırdı
DÜNYA
11:55 20.06.2023
792
Çində dövlətə məxsus tikinti və mühəndislik şirkətinin rəhbəri Hu Jiyong 25 yaşlı katibəsi Donqla əl-ələ tutarkən görüntülənib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, görüntülər "TikTok"un Çin versiyası olan Douyin-də milyonlarla baxış yığıb.
 
Digər tərəfdən, Donqun paltarı onlayn satış rekordu da qırıb.

CNPC-nin "Huanqiu Contracting and Engineering Company" şirkətinin icraçı direktoru, baş katib və meneceri Hu Jiyong şirkətin çərşənbə günü verdiyi açıqlamaya görə, vəzifəsindən kənarlaşdırılıb. Bundan əlavə, şirkət Hu-nun intizam komitəsi tərəfindən daha sonra nəzərdən keçiriləcəyini bildirib

İnternet istifadəçiləri şəxsi məlumatlarını və fotoşəkillərini onlayn olaraq geniş şəkildə paylaşaraq, Dong'un atasının köməyi ilə kollec dərəcəsini necə əldə etdiyinə dair fərziyyələr irəli sürüblər. Bununla belə, Çin Neft Universiteti, Dongun menecerlə hər hansı əlaqəsinin olduğunu təkzib edən açıqlama da verib.
 
Qalmaqal çərşənbə günündən bəri Çin sosial mediasında böyük diqqətə səbəb olub, hashtaglara Weibo mikrobloq saytında 200 milyon dəfədən çox baxılıb.

Mikayıl
 

 

 

 


OXŞAR XƏBƏRLƏR