Şirvan sakini ayaq barmaqlarını kəsdi

SOSİAL
11:55 08.05.2016
1956
Şirvan sakini elektrik kəsici aləti ilə ayaq barmaqlarını kəsib.
Hadisə şənbə günü axşam saatlarında Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində qeydə alınıb.
Həmin qəsəbənin 36 yaşlı sakini Abdullayev Elşən Musayel oğlu elektrik kəsici aləti ilə işləyərkən ehtiyatsızlıqdan ayaq barmaqlarını kəsib. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə daxil olan yaralının sağ ayaq pəncəsinin 3 barmağı amputasiya edilib.
Həkimlərin bildirdiyinə görə, xəstənin vəziyyəti keçirdiyi əməliyyata uyğundur.
///virtualaz.org

OXŞAR XƏBƏRLƏR