Şirvan sakini bıçaqlanıb

Şirvan sakini bıçaqlanıb
SOSİAL
22:46 04.10.2017
997
Şirvanda bıçaqlanma hadisəsi baş verib.
 
AZXEBER.COM APA.AZ-a istinadən məlumatına görə, Şirvanda adı hələlik məlum olmayan 25-26 yaşlı gənc oğlan bıçaqlanma xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
 
Ağır vəziyyətdə olan gənc əməliyyata götürülüb. Yaralı vəziyyətdə aşkar olunan şəxsi yoldan keçən sakinlər xəstəxanaya çatdırıblar. Onun kim tərəfindən vurulduğu məlum deyil.
 
Hazırda Şirvan polis şöbəsinin əməkdaşları tərəfindən bıçaqlanan və hadisəni törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirir. Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.
 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR