Şirvanda 76 yaşlı kişi çardaqdan yıxılaraq ölüb

Şirvanda 76 yaşlı kişi çardaqdan yıxılaraq ölüb
SOSİAL
16:48 14.06.2017
817
Şirvan şəhərində 76 yaşlı kişi çardaqdan yıxılaraq ölüb.
 
"Report”un Aran bürosu xəbər verir ki, hadisə Şirvan şəhər Vidadi küçəsi 37-də qeydə alınıb. Belə ki, həmin ünvanda yaşayan 76 yaşlı Qulamhüseyn Məhərrəm oğlu Balaşov çardaqdan yıxılıb və huşsuz vəziyyətdə şəhər xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı raşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR