Şirvanda avtoritetlərin "razborka"sı: Bir nəfər həbs edildi

Şirvanda avtoritetlərin "razborka"sı: Bir nəfər həbs edildi
SOSİAL
17:08 24.11.2016
3835
 
Şirvan şəhərində baş verən qətllə bağlı daha bir nəfər həbs edilib. 

Polis və prokurorluq orqanları əməkdaşlarının aprdıqları birgə tədbirlərlə 2015-ci il noyabrın 5-də Şirvan şəhər sakinləri Elvin Nəciyev vəZaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar hadisədə iştirak etməkdə şübhəli bilinən digər şəxs - Hacıqabul rayon sakini Məhəmməd Heydərov saxlanılıb. 

Onun evinə baxış zamanı 6 ədəd tapança patronu aşkar edilərək götürülüb.

2015-ci il noyabrın 5-də saat 23.00 radələrində Şirvan şəhərinin mərkəzi prospektdə yerləşən kafedə kriminal aləmin üzvlərinin mübahisəsi zəminində baş verən silahlı insident qətllə nəticələnib. 

Həmin vaxt qətli törədən Şirvan şəhər sakinləri - 1989-cu il təvəllüdlü Abdulla Hüseynov və 1985-ci il təvəllüdlü Tural Salmanov həbs edilib. Verilən məlumata görə, silahlı insidentdə ölən Elvin Nəziyev digər insident qurbanı olan Zaur Sarıbalayevə atəş açaraq qətlə yetirib. Şirvan sakini Abdulla Hüseynov isə "Makarov" tipli tapançadan atəş açaraq Elvin Nəziyevi öldürüb.

Məlumata görə, mübahisə noyabrın 5-də baş tutan və "Makarov" tipli silahdan atəş açılmaqla Şirvan sakinləri, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Zaur Sarıbalayev və kriminal aləmdə "Krıtoy Elvin" kimi tanınan 1983-cü il təvəllüdlü Elvin Nəziyevin qətllə sonuclanan "razborka"nın davamıdır.

Baş verən qətl hadisəsi ilə əlaqədar Şirvan sakinləri, 1985-ci il təvəllüdlü Tural Salmanov və qətli törədən 1989-cu il təvəllüdlü Əli Ağami saxlanılıb.

Qan tökülsə də "razborka" səngimək bilməyib. 2 gün əvvəl - noyabrın 19-da qətlə görə həbsə alınan Əli Ağaminin qardaşı Zaur Ağaminin həyatına qəsd olub. Onu təqib ediblər, Zaur Ağami idarə etdiyi maşınla 9 saylı marşrut üzrə hərəkət edən avtobusa çırpılıb. 

Məlum olub ki, bu qəza da həmin qanlı "razborka"dan qaynaqlanıb. Şirvanda Abdulla ləqəbi ilə tanınan Əli Ağaminin qardaşı Zaur Ağamini "Maqa" ləqəbli Mahir Tahir oğlu evinə çağırıb. Zaur Ağaminin onun evinə çağırılmasından məlumatlı olan anası bu haqda hüquq-mühafizə orqanlarına, DİN 102 xidmətinə məlumat verib. Bundan sonra əməliyyatçılar onun evinə gedib. 

Mahir Tahir oğlu evində Zaur Ağamiyə bıçaqla hədə-qorxu gəlib. Buna görə saxlanılan Mahir Tahir oğlu Şirvan Məhkəməsinə aparılıb və 15 sutka müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra Zaur Ağami tutulan şəxsin atası Tahir tərəfindən təhdid olunub. Sonra isə Zaur Ağami qəflətən yoxa çıxıb və sonradan Şirvan şəhərinin "vosmoy" deyilən ərazisində peyda olaraq qəza törədib. Onun kriminal "razborka"ya çağırıldığı haqda da məlumat var. 

Bildirilir ki, Zaur Ağami qəzadan əvvəl təqib olunub. Belə ehtimal var ki, o, dəvət olunduğu "razborka" məkanında qaçıb maşınına əyləşməklə canını qurtarmağa çalışıb və nəticədə qəza törədib.

Qeyd edək ki, Zaur Sarıbalayev Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin 2009-cu il 3 iyun tarixli hökmü ilə məhkum edilib. 26 may 2014-cü il prezidentin əfv fərmanı ilə azadlığa buraxılıb.

Xatırladaq ki, hadisə zamanı qətlə yetirilən Zaur Sarıbalayev kriminal aləmdə "Masallı Mamed" və "Qoca" ləqəbi ilə tanınan və nüfuza malik Etibar Hacıqabulinskinin yaxın adamı olub. 

Şirvan şəhər Prorkurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci-maddəsi (iki və ya daha çox şəxsi öldürmə) ilə cinayət işi başlanıb.
 
///teleqraf.com
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
07:59 06.03.2025
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik