Şirvanda bir nəfər Kürdə batıb

Şirvanda bir nəfər Kürdə batıb
SOSİAL
16:47 03.06.2024
114
Kür çayının Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfər batıb.

Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə ilə bağlı FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR