Şirvanda bir nəfər özünü körpüdən Kürə atıb

Şirvanda bir nəfər özünü körpüdən Kürə atıb
SOSİAL
19:10 03.09.2022
198
Şirvanda bir nəfər özünü körpüdən ataraq intihar edib.

AZXEBER.COM-un APA-ya istinadla məlumatına görə, hadisə Şirvan-Sabirabad istiqamətində Kür çayı üzərində yerləşən körpüdə qeydə alınıb.

Şəxsiyyəti məlum olmayan bir nəfər körpünün piyada keçidindən özünü çaya ataraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntihar edən şəxsin kimliyi və hadisənin təfərrüatları araşdırılır.

Hadisə yerində meyitin axtarışlarını həyata keçirmək üçün FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşlarının cəlb olunması gözlənilir.
OXŞAR XƏBƏRLƏR