Şirvanda gənc qızı döyüb saçını yolan ana və qızı həbs edildi

KRİMİNAL
17:29 22.11.2024
832
Şirvan şəhərində ictimai yerdə dava-dalaş salmış qadınlar həbs edilib.

AZXEBER.COM qafqazinfo.az-a istinadən xəbər verir ki, Şirvan Şəhər Məhkəməsinin hökmü ilə şəhər sakini 1962-ci il təvəllüdlü Tamilla Məmmədova və qızı 1986-cı il təvəllüdlü Ülviyyə Məmmədova (şərti soyadlar) xuliqanlıq əməlində təqsirli bilinib.

T.Məmmədovaya 2 il, qızına isə 2 il 6 ay həbs cəzası verilib. Onlar noyabrın 18-də məhkəmə zalında həbs ediliblər.

Bildirilib ki, Ü.Məmmədova bir müddət əvvəl 15 yaşlı qızı Şəbnəmin (şərti) Cavid adlı şəxslə intim münasibətdə olmasını öyrənib. Onlar məsələ ilə bağlı polisə müraciət ediblər və araşdırmalara başlanılıb, həmçinin Cavid adlı şəxs tutulub.

Ülviyyə və anası yeniyetmə qızı evdə sorğu-sual edərkən Şəbnəm Ləman və Fəridə adlı qızların onu əxlaqsızlığa cəlb etdiklərini deyib. Bundan sonra tərəflər arasındakı münasibətlər kəskinləşib. Ülviyyə anası ilə birgə qızının rəfiqələrinə Şəbnəmlə əlaqə saxlamalarını qadağan edib.

Hadisə baş verən gün isə Ü.Məmmədova və anası Tamilla Ləmanın polis şöbəsindən çıxdığını görüblər. Onlar əsəbi halda Ləmana hücum edərək döyüblər, saçını yolublar.

Bundan sonra ana və qızı barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq