Şirvanda itkin düşən qardaş-bacı tapıldı

Şirvanda itkin düşən qardaş-bacı tapıldı
SOSİAL
13:41 20.12.2017
956
Şirvanda itkin düşən qardaş-bacı tapılıb.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, bu il avqustun 28-də Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakinləri, 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən gedərək bir daha geri qayıtmayıblar.

Bundan narahat olan ailəsi onların tapılması üçün Şirvan şəhər Polis Şöbəsinə müraciət edib. Polis şöbəsinin cinayət-axtarış bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən bacı və qardaş dünən Bərdə rayon ərazisindən tapılaraq ailə üzvlərinə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR