Şirvan şəhərində qətl hadisəsi baş verib.
Azxeber.com Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Təbəssüm" mehmanxanasının qarşısında baş verib. Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü İbadov Əziz Loğman oğlu həmin ərazidə şəhər sakini, 1978-ci il təvəllüdlü Abbasov Abas Qulamhüseyn oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
Mübahisə zamanı Ə.İbadov bıçaqla A.Abasovu bıçaqlayaraq qətlə yetirib.