Şirvandakı partlayışda yaralananlarla bağlı son vəziyyət - Nazirlikdən açıqlama

SOSİAL
17:32 29.07.2016
1541
Şirvanda "Araz" hərbi zavodda partlayış nəticəsində xəsarət alanlardan 3 nəfər xəstəxanada saxlanılır.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.
Liya Bayramova bildirib ki partlayış nəticəsində xəsarət alanlarda 3 nəfər hələ də xətəxanadadır:"Digərləri yaralılar evə buraxılıb. Xəstəxanda qalanların vəziyyəti stabil qiymətləndirilir. Yaxın günlərdə onlar da evlə buraxılacaqlar".
Qeyd edək ki, iyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda olan "Araz" zavodunda partlayış baş verib. Partlayış nəticəsində iki nəfər ölüb, 20 nəfər xəsarət almış şəxslər xəstəxanaya yerləşdirilib.
///Qaynarinfo.Az
OXŞAR XƏBƏRLƏR