Şirvanşahlar sarayında “Nigar” poeziya gecəsi

MƏDƏNİYYƏT
16:49 21.01.2020
9199
Şirvanşahlar Sarayı Kompleksinin "Taxt-tac” zalında "İçərişəhər” Muzey Mərkəzinin təşkilatçılığı ilə tanınmış şair, publisist Mədəniyyət Nazirliyinin "Ədəbiyyat” layihəsinin yaradıcısı və direktoru Nİgar Həsənzadənin "Nigar” adlı poeziya gecəsi keçirilib.

İlk olaraq gecədə Əməkdar artistlər Hüsniyyə Mürvətova, Gülzar Qurbanova, Münəvvər Əliyevanın qiraəti ilə şairənin "Üfüq üzərindəki qanadlar”, "Gümüş”, "Başqalarının buludları altında”, "Biləklər” adlı kitablarından seçilmiş nümunələr diqqətə çatdırılıb. Sonra isə, müəllifin özü hələ çap olunmamış şeirlərindən də nümunələr səsləndirib  Şeirlə yanaşı proqramda musiqiçilər, xoreoqrafik ansambllar, aktyorlar, video və səs qurğuları da nümayiş olunub. Yaradıcılıq gecəsində Xalq şairləri, tanınmış qələm nümayəndələri, incəsənət və mədəniyyət xadimləri iştirak ediblər. 

Onu da qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan N.Həsənzadənin şeirləri dəfələrlə İngiltərə, Almaniya, Türkiyə, ABŞ, Kanada, Avstraliya, Polşa və Rusiya kimi ölkələrdə aparıcı şairlər tərəfindən yüksək qiymətləndirilib və tərcümə olunaraq ədəbi mətbuatın səhifələrində dərc olunub. Ni. Həsənzadə 2002-ci ildə Azərbaycanda "Humay” milli mükafatına layiq görülmüş, 2005-ci ildə Böyük Britaniyanın "Modern Poetry in Translations” jurnalının "Russian Women Poets” antologiyasına, eləcə də XX əsrin 70 rus qadın-şairi – "Russian Women Poets” Antologiyasına daxil edilmişdir. Bundan əlavə, o  Böyük Britaniya ərazisində yaşayan "10 ən yaxşı əcnəbi şair" siyahısına daxil edilib.
 
Xalq qəzeti
 

OXŞAR XƏBƏRLƏR