Misir prezidenti Əbdülfəttah əs-Sisi Qəzzada İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının tətbiqi ilə açıqlama verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Sisi razılaşmanı "dünya tarixi bir məqama şahidlik edir" deyə şərh edib:
"Bu saziş təkcə müharibə fəslini bağlamır, həm də region xalqları üçün ədalət və sabitliklə müəyyən edilən gələcəyə ümid qapılarını açır”.
Prezident bu prosesin xüsusilə Fələstin xalqının qanuni istəkləri üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Misir Xarici İşlər Nazirliyi də "Qəzza müharibəsində dönüş nöqtəsi olan Şarm əl-Şeyxdə müsbət irəliləyişləri" alqışlayıb.
Bəyanatda həmçinin xarici işlər naziri Bədr Əbdülətinin cümə axşamı Parisə gedəcəyi və orada nazirlər toplantısında Qəzza zolağındakı vəziyyətin müzakirə ediləcəyi açıqlanıb.
Gülay