xari

“Siyahıda Ermənistanın Azərbaycandan öndə olması qərəzli addımdır” - MÜNASİBƏT

İQTİSADİYYAT
18:58 12.01.2012
2434

Amerikanın nüfuzlu araşdırma mərkəzi olan “Heritage Foundation” "The Wall Street” jurnalı ilə birgə 2012-ci il üzrə iqtisadi azadlığın dünya üzrə reytinqini yayımlayıb. 

AZXEBER.COM-un məlumatına görə, 179 ölkənin adının yer aldığı siyahıda Azərbaycan 91-ci yerdə qərarlaşıb. Qonşu ölkələr arasında ən yüksək göstərici isə Gürcüstanın payına düşüb. Gürcüstan ölkədə iqtisadi azadlığın göstəricilərinə görə 34-cu, Ermənistan 39-cu, Türkiyə 73-cü, Rusiya isə 144-cü, İran 171-ci yerdədir yerdədir.

Qeyd edək ki, fondun təqdim etdiyi reytinq dörd meyara əsasən tərtib edilir: iqtisadi həyata dövlətin müdaxiləsi, hakimiyyət orqanlarının effektivliyinə, qanunvericiliyə riayət etmə və bazarların açıqlığına. 

Siyahıda ilk beşlikdə Honqkonq, Sinqapur, Avstraliya, Yeni Zenlandiya, İsveçrə qərarlaşıb.

Redaksiyamıza oxucular tərəfindən daxil olan şikayətlərdə Ermənistanın siyahıda Azərbaycandan öndə olmasının qərəzli addım kimi qiymətləndiriblər. AZXEBER.COM portalı bu siyahının nə qədər həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək üçün iqtisadi ekspertlərin fikirlərinə müraciət edib. 

İlk olaraq Qubad İbadoğlu (Bayramov) fikirlərini AZXEBER.COM-a bölüşüb: “Azərbaycan iqtisadiyyatının bu günkü vəziyyətində azad mülkiyyət hüquqlarının qorunmasında bir sıra problemlər var. Sahibkarlıqda monopoliyanin olması,iqtisadi islahatların aparılmaması Azərbaycanın bu siyahıda geri düşməsinə gətirib çıxarıb. Ancaq siyahıda Ermənistanın 39-cu yerdə olmasını mən düzgün qiymətləndirmirəm. Çünki Ermənistanda bu günki gündə kifayət qədər iqtisadi problemlər mövcuddur. Buna görə də Ermənistanın Azərbaycandan ön sıralarda olmasını qərəzli bir addım kimi qiymətləndirirəm”. 

Digər bir iqtisadi ekspert Samir Əliyev isə bu siyahının hazırlanması zamanı bir neçə meyarların seçildiyini söyləyib: “Əslində bu indeks hər il tərtib olunur. Məsələn, ötən il Azərbaycan bu siyahıda 96-cı yerdə idi. Həmçinin Ermənistan ötən il bu siyahıda 36-cı yeri tutmuşdu. Odur ki, siyahının tərtib edilməsi zamanı müəyyən meyarlar nəzərə alınır. Əmək azadlığı, biznes azadlığı, ticarət azadlığı, korrupsiya azadlığı, mülkiyyət azadlığı, maliyyə azadlığı, investisya azadlığı və s. kimi meyarlar əsasında tərtib olunan siyahıda Azərbaycanı geridə qoyan korrupsiya azadlığıdır. Məsələn, ticarət, əmək azadlığı Azərbaycanı siyahıda yüksəyə qaldırıb. Odur ki,bu siyahıda Azərbaycanla bağlı olan cədvəl reallığı tam əks etdirir. Digər bir məsələ isə Ermənistanla bağlı olan göstəricinin nə dərəcədə reallığı əks etdirməsidir.Təkcə Ermənistana baxıb bu cədvələ şübhə ilə yanaşmayaq”. 

Mövzuya yenidən qayıdacağıq...

Gülnarə Bayramova

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:49 15.01.2021

İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”

19:32 15.01.2021

İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar - FOTOLAR

19:30 15.01.2021

İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"

19:18 15.01.2021

Prezident Cıdır düzündə paxlava ilə çay içib: "Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!"

19:04 15.01.2021

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

18:43 15.01.2021

Ceyhun Bayramovun finlandiyalı həmkarı ilə telefon danışığı olub

18:29 15.01.2021

Bayden pandemiyaya görə amerikalılara ödənən pulu artırmağı təklif etdi

18:18 15.01.2021

Monitorinq mərkəzində 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək - Çavuşoğlu

17:49 15.01.2021

Azərbaycan və Rusiya XİN başçıları Qarabağla bağlı məsələni müzakirə etdilər

17:37 15.01.2021

Makron Ərdoğana məktub göndərib

17:26 15.01.2021

Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA

17:13 15.01.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də azaldı

16:55 15.01.2021

Mehriban Əliyeva Cıdır düzündən görüntülər paylaşdı - VİDEO

16:38 15.01.2021

Ölkə ərazisində güclü külək əsir - Faktiki hava

16:28 15.01.2021

DİN xanımları işə dəvət edir

16:15 15.01.2021

Nazirlər Kabineti Azərbaycanda insanların vaksinasiya olunacağı vaxtı açıqladı