Siyasi dəllalın portret -ştrixi - Gənclik uğursuzluqları

Siyasi dəllalın portret -ştrixi - Gənclik uğursuzluqları
SİYASƏT
10:04 18.03.2019
2756

 

Eldəniz Quliyev 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirdikdən sonra, heç bir teatrda uğur qazana bilmədi.

 

Hətta ən görkəmli sənətkarların qılığına girməyi bacarsa da, istedadı olmadığı üçün irəli çəkə bilmədilər onu. C. Cabbarlı adına "Azərbaycanfilm”in direktoru, görkəmli sənətkar mərhum Ədil İsgəndərovun mərhəmətindən istifadə edərək Moskvada ali rejissorluq və ssenaristlər kursunda təhsil aldı. "Mosfilm”, "M. Qorki adına Kinostudiya”larında və "Ostankino TV” kanalında yaradıcılıq təcrübələri keçmək imkanlarını əldə etdi. Bakıya dönərək "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya kollegiyasının, bədii şuranın, dövlət film qəbulu komissiyasının üzvü (1981-1987), "Debüt" studiyasının redaktoru (1987-1992), "Azərkinovideo" İstehsalat birliyinin baş redaktoru (1993-1996), ABA televiziya şirkətinin baş redaktoru (1999) kimi vəzifələrdə işlədi. Ancaq heç vaxt uğur qazana bilmədi. Onun bir sıra filmlər üçün yazdığı ssenarilər isə sadəcə kinostudiyanın toz basmış arxivlərində it-bata düşdü. Çünki heç bir istedadlı rejissor bu "yük”ün altına girmək istəməyib. "Üçatılan", "Tilsimli dairə", "Təpəgöz", "Mürşüd kişi niyə susur?", "İstək" və s. dram əsərləri teatrlarda tamaşaya qoyulsa da, bu əsərlər teatr hadisəsinə çevrilmədi.

 

Daha sonra yazıçı olmaq eşqinə düşdü və "Ağ yuxu" (1985), "Kölgəsiz adam" (1998) kitabları nəşr olundu. Bu dəfə ədəbi ictimaiyyətdə uğursuzluq sindromu ilə üz-üzə qaldı. Ancaq deyilənlərə görə, kinostudiyada işlədiyi dövrdə yaxşı azart oyunlara meyl etməsi ilə tanınırdı. 1992-ci ildə iqtisadi problemləri ucbatından bu azartını siyasi müstəviyə daşımağa çalışdı. "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsini ələ keçirmək üçün tanınmış istedadlı kino rejissor, müdrik sənətkar Oqtay Mirqasımovu bu vəzifədən devirməklə onun yerinə göz dikmişdi. O dövrdə dəbdə olan Azərbaycan Xalq Cəbhəsini aldadaraq silahlı dəstə ilə bu qurumu işğal etmək üçün təşəbbüs irəli sürdü. Prezident Əbülfəz Elçibəy kino sahəsində nüfuzlu sənət adamlarından məsləhət aldıqdan sonra, Eldəniz Quliyevin bu sahənin rəhbəri olmaq iddiası arzu olaraq qaldı. 1993-cü ildə "Respublika” qəzetində işə düzələrək oradan siyasi tramplin kimi istifadə etmək istədi. Bu dəfə müdrik dövlət başçısı Heydər Əliyev onu yaxın buraxmadı. Beləliklə, özgə hesabına yaşamaq həvəsi onu yenidən müxalifətin sıralarına qoşulmağa vadar etdi.


 

2003-cü ilin puça çıxmış gözləntiləri


 

2003-cü ildə növbəti prezident seçkiləri keçirilirdi. Hakimiyyətdə təmsil olunmaq ümidləri puça çıxmış insanlardan biri kimi üzünü müxalifətə tutdu. Bu dəfə Müsavat Partiyasının sədri İsa Qənbərin yanında yer aldı. Siyasi partiyalarda yeri olmadığını görən Eldəniz Quliyev "Azərbaycan Ziyalı Hərəkatı”nın təsisçilərindən biri oldu. Mərhum ziyalılardan Mürşüd Məmmədov, Xaliq Əlimirzəyev və digərləri onun qumarbaz təfəkkürünü qəbul etmədiklərinə görə, Eldəniz fərqli ampluada çıxış etməyə başladı."Azərbaycan Ziyalılar Hərəkatı”nı parçalayaraq, İsa Qənbərin qatı düşməni AXCP sədri Əli Kərimlinin yanına sığındı. 2005 -2010-cu illərdə müxalifəti aldadaraq "coker”-"poker” qaydaları ilə Mingəçevir-Yevlax dairəsindən deputat seçilmək üçün namizədliyini irəli sürdü. Yenə də bütün arzuları gözündə qaldı. "Azərbaycan Ziyalı Birliyi” təşkilatını quraraq İranda Azərbaycan dövlətinə qarşı gecə-gündüz təbliğatlar aparan "Səhər TV” kanalının Bakıdakı "ekspert”i statusu ilə çıxış etməyə başladı. Çünki "Səhər TV” kanalı ilə hər çıxışına görə azından 500 dollar qonorar alırdı. Bundan əlavə, paytaxt Bakıda Tehran molla rejiminin baş kəşfiyyat rezidentliyi kimi tanınan "İran Mədəniyyət Mərkəzi”nin idarə heyətinin üzvü seçildi. Bu, onun təşkilatı üçün ayrılacaq iri "qrant layihələri” demək idi. Ziyalılar adından çıxışlar edərək molla rejiminin proyekti ilə Azərbaycanda dövlətin Konstitusiyasına qarşı çıxaraq "şəriət dövləti” yaratmaq istəyənləri, eləcə də qondarma "etnik separatizm” siyasəti yürüdənləri müdafiə etmək vəzifəsi onun qarşısına qoyulmuşdu.

 

 

"Coker-Poker”


 

2013-cü ildə növbəti prezident seçkiləri ərəfəsində Azərbaycan dövlətçiliyinə qarşı yeni müxalifət siyasəti gündəmə gətirildi. Xarici ölkələrin proyekti olan "Milli Şura” məhz bu vaxt meydana gəldi. Bu qurumun təsisçilərindən biri də Eldəniz Quliyev idi. Onun məqsədi "müxalifət hakimiyyətə gələrsə, ən yağlı tikənin (vəzifənin) sahibi olmaq” idi. Bu arzusu da əvvəlki kimi gözünün dərinliklərində it-bata düşdü. Bilindiyi kimi qumarda "coker” və "poker” oyunları var. Eldəniz Quliyev bu oyununu Azərbaycanda siyasətə bulaşdıran ilk şəxslərdən biri kimi tanınır. Bir yandan müxalifət adına "Milli Şura”nın üzvü, "Azərbaycan Ziyalı Birliyi”nin rəhbəri, digər yandan isə, dövlətimizə qarşı Tehran molla rejimi tərəfindən hazırlanmış, ifrat radikal dini siyasətin tərəfdarı kimi çıxış edən və həbsdə olan "şəriət dövləti” qurmaq istəyənlərin hüquqlarının müdafiəçisi statusunda çıxış edir. Deməli, "royal-flaş” kombinasiyaları ilə duruma görə "ante”, "call”, "diler”, "five of a kind”, "bet”, "DOC” (Dealer`s Open Card), "pair”, "two pairs”, "full house”, "flush”, "three of kind”, straight”, "straight flush” gedişlərini edərək qazanclı çıxmaq taktikası onun əsas şakərlərindən biri sayılır. Təbii olaraq uduş əldə etmək hamı üçün xoşdur. Ancaq, oyun qaydalarını hiylə və məkrlə qurmaq, hamını aldatmaq xoş olan məsələ deyil. Elə buna görə də Eldəniz Quliyevin zahiri baxımdan uduşa hesablanan addımları atmaq istəsə də, heç zaman arzuları çin olmayıb.

 

 

Tehrandan əsən səmum yeli


 

Eldəniz Quliyev bu gün molla rejiminin başqa şübhəli proyektlərində də yer alır. "Qarabağ İslami Hərəkatı”, "Azərbaycan İslam Partiyası” və "Nardaran və islamçı məhbusların hüquqlarının müdafiəsi” məsələləri çox zaman onun rəhbəri olduğu təşkilatın ofisində müzakirələrə çıxarılır. Hətta Avropadakı müxalif yönlü qurumlara belə "lağım” atmaqdadır. "Bəlkə Avropadan qrant kranını açdılar” deyə gecə-gündüz qafasını sındırır. Onun abzas.az saytına verdiyi son müsahibə olduqca diqqət çəkicidir. Eldəniz Quliyev mənsub olduğu təşkilatın rəhbəri statusu ilə qeyd edir ki: "Mən "Siyasi Məhbuslara Azadlıq İttifaqı”nın təsisçilərindən biriyəm. "İnanclı Siyasi Məhbusların Müdafiə İttifaqı”nın təsisçisi və "İnanclı İnsanların Müdafiə Komitəsi”nin sədriyəm. Buna görə də Taleh Bağırzadənin müdafiəsinin rəhbəri sayılıram”.


https://www.abzas.net/2019/03/eldəniz-quliyev-taleh-bagirzadənin-iranla-bir-qram-da-əlaqəsi-yoxdur-o-azərbaycana-baglidir/.

 

 

Bu müsahibə az sonra Əlikram Hümbətovun nəzarətində olan bu saytda böyük həvəslə yayınlandı:www.tolishstan.com/news/ eld_niz_quliyev_ talislar_haqqinda_v_taleh_bagirzad_nin_i_ranla_bir_qram _da_laq_si_yoxdur_o_az_rbaycana_baglidir/2019-03-09-366?fbclid=IwAR1 sle3c7cexjd1 AGWulIGOJQIE11zW6_eD-voG4n892PT92PX8XNsBBzsQ


 

O bu müsahibəsində böyük həvəslə həbsdə olan "Müsəlman Birliyi Hərakat”ının rəhbəri Taleh Bağırzadə və Azərbaycanda ilk dəfə məscidlərdə "sünni-şiə qarşıdurması”nı ortaya atan və buna görə həbs olunan AİP-in (Azərbaycan İslam Partiyası) keçmiş sədri Mövsüm Səmədovdan danışır. Onların "İranla heç bir əlaqələri yoxdur” iddiaları səsləndirməkdən çəkinmir. O da bəllidir ki, "Qarabağ İslami Hərəkatı”nın sədri Rövşən Əhmədli AİP rəhbərlərindən biridir. Bu təşkilatı önə çəkməkdə hədəf Qarabağ məsələsində süni şəkildə "xristian-islam qarşıdurması” kimi təqdim etməkdir. Bir zamanlar Livanda və paytaxt Beyrutda Tehran rejimi bu taktikadan məharətlə öz mənfəəti üçün istifadə etmişdir. Eldəniz Quliyevin abzas.az saytına verdiyi müsahibəsində üstüörtülü şəkildə olsa da, Azərbaycan dövlətçiliyinə qarşı süni şəkildə etnik separatizm ideyalarının təbliğatçısı olan Fəxrəddin Abbasovun ideyalarını müdafiə edir.

Eldəniz Quliyev "Ölülər” əsərinin aparıcı personajlarından Şeyx Nəsrullahınköməkçisi Şeyx Əhmədin obrazını çox məharətlə ifa edir. Sən demə, Eldənizin gəncliyində aktyor olmaq və rollar oynamaq həvəsi 67 yaşında yenidən baş qaldırıb. Bu, siyasi oyunbazlığın dəllalı olmaq kimi missiyadır. Portret-ştrix janrına ona görə üz tutduq ki, Eldənizin siyasət meydanında oynadığı rollarının təfsirini hər kəs görə bilsin. Təəssüf ki, onun rollarının monoloqları, oynadığı tamaşaların ssenariləri bizlərə düşmən olanların mətbəxində hazırlanır.

 

Elay İldırımpur

OXŞAR XƏBƏRLƏR