'Siyasi lider Nelson Mandela idi, Rüstəm İbrahimbəyov yox'

Siyasət
17:17 14.06.2013
1752

“Rusiya iqtidarı bilir ki, Abbas Abbasovu Azərbayan müxalifətinə lider kimi sırımaq mümkün olmayacaq və bu səbəbdən Rüstəm İbrahimbəyovu qabağa verib. Onun ölümdən və həbsdən qorxması ilə bağlı açıqlaması mənə 2003-cü ildə Müsavat başqanı İsa Qəmbərin mövqeyini xatırladır. 2003-cü ildə İsa Qəmbər siyasi intihar etdiyi kimi, 2013-cü ildə onun yolunu Rüstəm İbrahimbəyov gedir”. Bu sözləri Editor.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev söyləyib.

Xatyırladaq ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov BBC-nin Rusiya xidmətinə müsahibə verib. Müxbirin “Axı sizin siyasi təcrübəniz yoxdur, siyasi mübarizədə iştirakınızı necə təsəvvür edirsiniz?” sualına cavabında Rüstəm İbrahimbəyov bildirib ki, bir neçə il əvvəl Azərbaycanda Ziyalılar Forumu yaradıb. Kinorejissor bildirib ki, siyasətlə məşğul olmaq həvəsində deyil. Ona görə də vahid namizəd olmaqla bağlı hələlik razılıq verməyib.Onun müsahibəsində daha bir diqqətçəkən məqam isə həbsdən qorxması ilə bağlı fikirləri olub: ““Mən normal insan kimi həm həbsdən, həm də öldürülməkdən qorxuram. REAL sədcri İlqar Məmmədov tənqidi fikirlərinə və prezidentlik iddiasına görə həbs edilib. Bu tale məni də gözləyə bilər”.

VİP sədri Əli Əliyev hesab edir ki, son müsahibəsi Rüstəm İbrahimbəyovun siyasi naşılığını ortaya qoyur və o özü də bilmədən böyük bir oyuna baş qoyub:“Rüstəm İbrahimbəyovun birdən-birə qatı müxalifətçiyə çevrilməsinin müxtəlif səbəbləri var. Birincisi Rüstəm İbrahimbəyov təkəbbürlü və hikkələ adamdır. O itirdiri əmlakını geri qaytarmaq üçün çabalayır və İlham Əliyevdən qisas almağa çalışır. İkincisi onun itirəcəyi bir şey qalmayıb və yaşının ahıl çağında öz şəxsi maraqlarına görə, Azərbaycanda qarşıdurma yaratmağa çalışır. Və nəhayət üçüncüsü və ən vacibi onun Rusiyanın siyasi sifarişlərini yerinə yetirməsi ilə bağlıdır. Rusiya başa düşür ki, indiki məqamda Abbas Abbasov və Söyün Sadıqov kimilərinin timsalında Azərbaycan müxalifətini ələ ala bilməyəcək. Bu məqsədlə də Rüstəm İbrahimbəyovdan istifadə edir və onun yaradıcı nüfuzundan yararlanmaq istəyir. Düşünürəm ki, bu seçkilər Rüstəm İbrahimbəyovu siyasi cəhətdən bitirəcək və o daha bu işlərlə məşğul olmayacaq. Əgər bir lider ölümdən və həbsdən, məhrumiyyətlərdən qorxursa, onun cəmiyyəti arxasınca aparmağa mənəvi haqqı yoxdur. Siyasi lider Nelson Mandela idi, Rüstəm İbrahimbəyov yox. Afrikalılar 94 yaşı olmasına baxmayaraq, hələ də Mandelanın xatirəsini əziz tutur və ona dəyər verirlər. Digər yandan Rüstəm İbrahimbəyova Azərbaycan xalqı və onun problemləri deyil, öz maddi maraqları vacibdir və bütün fəaliyyətini buna uyğunlaşdıraraq həyata keçirir. Şərab biznesi ilə məşğul olanda Azərbaycan xalqı onun yadına düşmürdü, hökumət rəsmiləri ilə bahalı ziyafətlərdə qədəh qaldırırdı. İndi bütün biznesi əlində çıxdığına görə, hakimiyyəti ittiham edir. Bütün bunlar bir daha demıəyə əsas verir ki, o səmimi siyasətçi deyil”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
16:08 20.09.2025
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
15:58 20.09.2025
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
Növbəti köç karvanı Kəlbəcərə çatıb
15:44 20.09.2025
Növbəti köç karvanı Kəlbəcərə çatıb
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
15:41 20.09.2025
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
15:20 20.09.2025
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
14:58 20.09.2025
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR