Siyasi şərhçi: Fransanın Ermənistanın “nazı ilə oynaması” regionda Rusiyaya qarşı cəbhə açmaq niyyətindən qaynaqlanır

Siyasi şərhçi: Fransanın Ermənistanın “nazı ilə oynaması” regionda Rusiyaya qarşı cəbhə açmaq niyyətindən qaynaqlanır
SİYASƏT
20:39 15.04.2024
360
Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirərək tarixi torpaqlarını erməni işğalçılarından azad etdi. Dövlətimiz ardınca ciddi siyasi, diplomatik və hərbi həmlələrlə Vətən torpaqlarımızdakı separatçılıq yuvalarını tamamilə sıradan çıxardı və bütün ərazilərimizdə suverenliyimiz tam bərpa olundu. Hərbi münaqişələrin, siyasi toqquşmaların, bölücülük meyillərinin bütün dünyanı cənginə aldığı bir dönəmdə Azərbaycanın Qarabağ problemini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həll etməsi beynəlxalq birlik tərəfindən də böyük təqdirlə qarşılandı. Hazırda Ermənistanla sülh sazişinin imzalanması, sərhədlərin qarşılıqlı tanınması ilə bağlı intensiv danışıqlar aparılır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

F.Şahbazlı qeyd edib ki, uzunmüddətli böhranın tam şəkildə həllinə son dərəcə yaxın bir vaxtda Fransa peyda olur və artıq "ölmüş” separatçı rejimin "dirildilməsi” uğrunda mübarizə aparacağını elan edir. Fransa Ermənistana davamlı silah yardımları göstərir, beynəlxalq qurumlarda Azərbaycan əleyhinə qarayaxma kampaniyaları təşkil edir. Bunun nəticəsidir ki, son dönəmlərdə Ermənistan Azərbaycanla şərti dövlət sərhədində mütəmadi hərbi təxribatlar törədir. Bu hərbi təxribatların aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Ermənistan-Avropa İttifaqının üçtərəfli görüşü ərəfəsində və görüşdən sonra baş verməsi təsadüfi deyil. Ermənistan bu görüşdən və Fransanın "bacılığı”ndan güc alaraq regionu yenidən "barıt çəlləyi”nə çevirmək istəyir.

Siyasi ekspertin sözlərinə görə, Emmanuel Makron, onun nazirləri, merləri, hətta ətirsatanları belə Bakını sanksiyalar və az qala silahlı müdaxilə ilə hədələyirlər. Niyə? Nə üçün? Hər şeydən əvvəl ona görə ki, Fransanın xarici siyasəti müasir tarixində heç vaxt olmadığı qədər ciddi böhran keçirir. Onu keçmiş koloniyalarından – Mərkəzi və Qərbi Afrika ölkələri olan Malidən, Mərkəzi Afrika Respublikasından, Nigerdən, Burkina-Fasodan qovurlar. Qabonda da Fransayönümlü administrasiya devrilir, müstəmləkə dövründən qalma fransız hərbçilər, firmalar və mütəxəssislər ölkədən çıxarılır, hərbi-siyasi və iqtisadi müqavilələrə xitam verilir. Şimali Afrikadakı ərəb ölkələri də fransızlara qarşı soyuq düşmənçilik nümayiş etdirir. İkincisi, Fransa təkcə uğursuz xarici siyasət ölkəsi deyil, eyni zamanda, uzun müddətdən bəri fitilinə heç kimin toxunmadığı bir "barıt çəlləyi”dir. Bu ölkənin həll edilməmiş etnik, milli və dini problemləri, Korsikada silahlı separatçılıq kimi gizli problemləri var. Bretan bölgəsində də separatçı təşkilatlar fəaliyyət göstərir. Belə bir şəraitdə kimsə bu insanların mübarizə və azadlıq duyğularını hiss etmək, bu mübarizəni müxtəlif mexanizmlərlə dəstəkləmək istəsə nə baş verəcək?! Sualın özündə cavab da var… Fransa əhalisinin on milyona yaxınını mühacirlər təşkil edir ki, onların də əksəriyyəti müsəlmanlardır. Onlar kompakt anklavlarda və gettolarda "fransızca” deyil, özlərinin milli-dini qaydalarına uyğun yaşayırlar. Onların "mədəniləşdirilməsi” siyasəti isə çoxdan iflasa uğrayıb. İndi kimsə onları açıq şəkildə etnik və dini hüquqları uğrunda mübarizəyə çağırsa, tələblərini maliyyələşdirib dəstəkləsə, onları Fransa dövlətindən ayrılmağa, hüquqi və inzibati muxtariyyətə nail olmaq üçün mübarizəyə şirnikləndirsə nə baş verəcək? Düşünürük ki, yenə də əlavə izaha ehtiyac yoxdur.

"Onsuz da boğaza qədər "zibil”in içində olan rəsmi Paris özünün qeyri-məntiqi siyasəti ilə Azərbaycanı qorxutmağa çalışır. Əslində, bu zavallıları qınamaq da olmur. Çünki tarixi təcrübə göstərir ki, çürüməkdə, ölməkdə olan imperialist dövlətlər adətən bu cür vəziyyətlərdən müharibələr vasitəsilə çıxmağa çalışırlar. Fransanın Kiyevə cani-dildən dəstək verməsi də Ukrayna xalqına sonsuz sevgidən deyil, Napoleon Bonapartı Parisə qədər qovan, sonra onu Vaterloya, daha sonra Müqəddəs Yelena adasına sürgün edən ruslara nifrətdən və fransızların diqqətini yuxarıda sadaladığımız problemlərdən yayındırmaq məqsədi daşıyır. Elə Emmanuel Makronun Ermənistanın "nazı ilə oynaması”da haylara pərəstişindən deyil, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətindən qaynaqlanır. Bunu nisbətən ayıq erməni siyasətçiləri də başa düşürlər və Nikol Paşinyanı özünün bu "qul xisləti”ndən əl çəkməyə çağırırlar”, - deyə F.Şahbazlı vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
17:42 17.03.2026
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
17:25 17.03.2026
Rəşad Nəbiyevin müavinlərinin sayı artırıldı - Prezidentdən Fərman
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
17:23 17.03.2026
Bişkekdə Novruz və Ramazan bayramlarına həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Polşa İrana qoşun göndərməyəcək
16:59 17.03.2026
Polşa İrana qoşun göndərməyəcək
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
16:49 17.03.2026
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO