Hazırda Azərbaycan Ermənistanla sülh müqaviləsinin bir addımlığındadır, amma buna mane olan tək bir problem var - Ermənistan konstitusiyası.
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov "Konstitusiya və Suverenlik İli" çərçivəsində parlamentdə keçirilən Dövlət Suverenliyi Günü ilə bağlı konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, vaxtilə Ermənistan mürtəce addım atıb, öz konstitusiyasına ərazi iddiası ilə bağlı müddəa salıb və bu, indi sülhə imkan vermir.
"Həmin müddəanın ləğv edilməsi sülhün əsas şərtidir", - S.Novruzov vurğulayıb.
\report