Siyavuş Novruzov: Verilən dəfn puluna qəbiristanlıqdan 10 sm yer almaq mümkün deyil

Siyavuş Novruzov: Verilən dəfn puluna qəbiristanlıqdan 10 sm yer almaq mümkün deyil
SOSİAL
17:32 14.11.2023
247
Dəfn pullarının miqdarı artırılmalıdır.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov deyib ki, verilən dəfn puluna qəbiristanlıqdan 10 sm yer almaq mümkün deyil:
"Bakı şəhərində qəbiristanlıq məsələsi çox ciddi problemdir. Verilən pul Bakı şəhərində dəfnin heç 10-da birini qarşılamır. Dəfnlə bağlı tələblər də dəyişilməlidir. Bu adam dünyasını dəyişib, nə qədər arayış tələb edərlər”.
OXŞAR XƏBƏRLƏR