“Siyəzən Broyler”də güclü yanğın

“Siyəzən Broyler”də güclü yanğın
SOSİAL
10:12 19.03.2022
252
Siyəzən rayonunun Siyəzən kəndində, "Siyəzən Broyler” ASC-nin ərazisində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 1120 kvadratmetr olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 650 kvadratmetr sahədə, içərisində elektrik naqilləri 80 p.m, havalandırma qurğuları, plastik su və yem qabları yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR