Siyəzəndə 40 yaşlı kişi yol qəzasında ağır xəsarət aldı

Siyəzəndə 40 yaşlı kişi yol qəzasında ağır xəsarət aldı
SOSİAL
13:41 02.01.2022
225
Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 1982-ci il təvəllüdlü Əliyev Orxan Alay oğlunu vurub.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR