Siyəzəndə 5 nəfər zəhərləndi - bir nəfər öldü

Siyəzəndə 5 nəfər zəhərləndi - bir nəfər öldü
SOSİAL
22:24 09.07.2022
299
Siyəzəndə 5 nəfər zəhərlənib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Rahib Əsəd oğlu, onun 3 azyaşlı övladı və bir dostu hisə verilmiş balıqdan zəhərlənib. R.Quliyev Siyəzən Regional Diaqnostika Mərkəzində ilkin tibbi yardımdan sonra Bakıya göndərilib. Tibb müdaxiləyə baxmayaraq o, Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.

Digər şəxslərə zəruri tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR