Siyəzəndə ağır qəza - 2 nəfər yaralandı

Siyəzəndə ağır qəza - 2 nəfər yaralandı
HADİSƏ
20:23 30.11.2025
189
Siyəzən rayonu ərazisində minik avtomobilinin aşması nəticəsində iki nəfər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, hadisə Bakı-Quba yolunun Siyəzən rayonu Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Xəarət alanların hər ikisi - sürücü Ağayev Seymur Zahid oğlu və sərnişin Qasımov Aqil Qabil oğlu  Şabran rayon sakinləridir. .

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR