Siyəzəndə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı

Siyəzəndə bacısını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı
SOSİAL
10:43 25.08.2024
143
Avqustun 24-də Siyəzən rayonu ərazisində 1996-cı il təvəllüdlü Şəbnəm Mustafazadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Siyəzən rayon prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı 2003-cü il təvəllüdlü Səfər Mustafazadənin bacısı Şəbnəm Mustafazadəyə bıçaqla xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Səfər Mustafazadə iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
OXŞAR XƏBƏRLƏR