Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM-un məlumatına görə, rayonun Yenikənd kəndində 1985-ci il təvəllüdlü Anar Fətulla oğlu Teymurovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə 1993-cü il təvəllüdlü Yasər Aris oğlu Bağırovun idarə etdiyi "Opel” markalı avtomobil toqquşub.
Nəticədə A.Teymurov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktıla bağlı araşdırma aparılır.