Siyəzəndə qəzaya düşən avtomobildə müəllimlər olub: Ölənlərin sayı üçə çatdı - FOTO

Siyəzəndə qəzaya düşən avtomobildə müəllimlər olub: Ölənlərin sayı üçə çatdı -  FOTO
SOSİAL
10:09 17.02.2023
462
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Siyəzəndə baş verən ağır qəzada xəsarət alanların son vəziyyətini açıqlayıb. 

Qurumdan bildirilib ki, Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə təcili tibbi yardım bölməsində davam etdirilir.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR