"Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz"

"Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz"
SİYASƏT
09:25 30.06.2015
1325

Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüş keçirilib.

"Report"un xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev, xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Əvvəlcə birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərini, yarışlarda ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olundu.

Birinci xanım, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxışında deyib:

“Hörmətli cənab Prezident.

Hörmətli prezident Patrik Hikki.

Əziz idmançılar.

Əziz dostlar.

Xanımlar və cənablar.

İlk Avropa Oyunlarının uğurla başa çatması və idmançılarımızın nailiyyətləri münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Azərbaycan öz qüdrətini, əzəmətini və birliyini dünyaya bir daha nümayiş etdirdi.

Əziz idmançılar, bizə qələbə sevincini bəxş etdiyinizə görə sizə öz dərin hörmətimi və məhəbbətimi ifadə edirəm”.

Mehriban Əliyeva daha sonra deyib: “Hörmətli cənab Prezident, bizim əməyimizi belə yüksək qiymətləndirib Azərbaycanın ali orden və medalları ilə təltif etdiyinizə görə hər birimizin adından Sizə öz dərin minnətdarlığımı bildirirəm. Müstəqil Azərbaycanın hər bir qələbəsinin arxasında Sizin əməyiniz, biliyiniz, iradəniz durur.

Çox sağ olun ki, biz bu gün qüdrətli, sabit, öz sözünü deyən və öz maraqlarını qoruyan dövlətin vətəndaşıyıq.

Çox sağ olun ki, Sizin və Azərbaycan xalqının birliyi nəticəsində ölkəmiz belə inanılmaz nailiyyətlərə imza atıb. Oyunlara hazırlıq zamanı bizə göstərdiyiniz dəstəyə görə çox sağ olun. Ən çətin məqamlarda, ən dramatik anlarda Siz bizə arxa oldunuz. Sizin ölkəmizə, xalqımıza olan inamınız heç bir şübhə qoymurdu ki, hər şey əla olacaq və biz yenə də qələbə çalacağıq. Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib qorxuda bilməz və ədalət, xoş niyyət, xalqla birlik hər zaman zəfər çalacaq.

Bu 17 gün ərzində yaşadığımız xoş anlar üçün Sizə dərin minnətdarlığımızı bildiririk. Mən idman leksikasından istifadə etsəm deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda, əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir və xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir.

Cənab Prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə daha da tam gücümüzlə xidmət etməyə hazırıq.

Çox sağ olun, bir daha çox sağ olun ki, Azərbaycanı belə yüksək zirvələrə qaldırmısınız.

Qoy Tanrı Sizi və Azərbaycanı hər zaman qorusun!

Çox sağ olun”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
WSJ: ABŞ İrana qarşı əməliyyatları tezliklə dayandırmayacaq
10:03 14.03.2026
WSJ: ABŞ İrana qarşı əməliyyatları tezliklə dayandırmayacaq
Vens: Tramp Ukraynada münaqişənin başa çatmasını və Rusiya ilə ticarətin bərpasını istəyir
05:15 14.03.2026
Vens: Tramp Ukraynada münaqişənin başa çatmasını və Rusiya ilə ticarətin bərpasını istəyir
KİV: ABŞ Yaxın Şərqə 5 minə yaxın hərbçi göndərir
03:42 14.03.2026
KİV: ABŞ Yaxın Şərqə 5 minə yaxın hərbçi göndərir
ABŞ Yaxın Şərqə Ukrayna istehsalı olan dron əleyhinə vasitələr göndərib
02:18 14.03.2026
ABŞ Yaxın Şərqə Ukrayna istehsalı olan dron əleyhinə vasitələr göndərib
27 yaşlı gənc adrenalin yaşamaq istəyərkən həlak oldu: Hadisə yerindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
01:37 14.03.2026
27 yaşlı gənc adrenalin yaşamaq istəyərkən həlak oldu: Hadisə yerindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
00:41 14.03.2026
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
00:28 14.03.2026
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Telefonunu tutmaq istədi, müvazinətini itirdi: Gəncədəki dəhşətli hadisənin TƏFƏRRÜATI - VİDEO
23:59 13.03.2026
Telefonunu tutmaq istədi, müvazinətini itirdi: Gəncədəki dəhşətli hadisənin TƏFƏRRÜATI - VİDEO
“Qavaldaş nağara" sındırıldı - Məhkəmə bitdi
23:49 13.03.2026
“Qavaldaş nağara" sındırıldı - Məhkəmə bitdi
İsrail ordusu Tehranda "Bəsic" qərargahlarına zərbələr endirdiyini açıqlayıb
23:39 13.03.2026
İsrail ordusu Tehranda "Bəsic" qərargahlarına zərbələr endirdiyini açıqlayıb
Güclü maqnit qasırğası gözlənilir
23:34 13.03.2026
Güclü maqnit qasırğası gözlənilir
Müctəba Xamenei barədə məlumat verənə 10 milyon dollar vəd edildi
23:25 13.03.2026
Müctəba Xamenei barədə məlumat verənə 10 milyon dollar vəd edildi
Bakıda qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - VİDEO
23:12 13.03.2026
Bakıda qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - VİDEO
Ərdoğan: Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır
22:58 13.03.2026
Ərdoğan: Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır
Abbas Əraqçi Türkiyəyə təşəkkür edib
22:44 13.03.2026
Abbas Əraqçi Türkiyəyə təşəkkür edib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
22:40 13.03.2026
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb