Siz xalqımızın qalibiyyət bayrağı olacaqsınız!

SOSİAL
16:32 21.09.2020
481
Yadelli qəsbkarlara qarşı hər cür döyüş hər bir xalqın birinci borcudur, Azərbaycan əsgəri! Siz xalqın bu borcunun əsgərisiniz, bu müqəddəs borcu yerinə yetirmək sizin borcunuzdu. Bu borcu Ali Baş Komandanın döyüş əmriylə dövlətə, dövlətçiliyə sədaqətli vətəndaş kimi yerinə yetirərək döyüşəcəksiniz. Bu müqəddəsliyi qəhrəmanlıqla başa çatdıracaqsınız, bütün dövrlərin qəhrəmanlarının davamçıları olacaqsınız.

Nə müddətdi arzuladığınız məqam ərəfəsindəyik, Azərbaycan əsgəri. Hərbi xidmətə başlayandan bəri Ali Baş Komandanın döyüş əmri verəcəyi günün intizarındaydın. Bu əmri qələbəylə tamamlayacaq əsgərlərin sırasında olmaq istəyirdin. Bu əmr Azərbaycanın, azərbaycançılığın əmri olacaq. Bu əmr Azərbaycan dövlətçiliyinə sədaqətin əmri olacaq. Bu əmr "Mən azərbaycanlıyam!" deyənləri səfərbər edən əmr olacaq. Bu əmr Bağanıs-Ayrım, Meşəli, Ağdaban, Xocalı faciələrinə görə düşmənə ittiham əmri olacaq. Bu ittiham o faciələrin qisasının əmri olacaq. Bu əmr Zəhraların qırılan körpə ömürlərinin davamı kimi yaşanılacaq Qələbənin əmri olacaq. Döyüşə döyüş bayrağınla yanaşı, min illik dövlətçilik tariximizin bayrağını da aparacaqsan. Bu bayraqlar sənin döyüş əzminin, qələbə ruhunun bayraqları olacaq. Ruhunu qətiyyətlə, inamla, dönməzliklə səni yaşadan bayraqlar kölgələndirəcək. Göz dolusu sən baxacaqsan, könül dolusu xalq baxacaq. Ruhunu kölgələndirən bayraq işğaldan azad edəcəyin torpaqları da kölgələndirəcək. Xalqın orduya inamını da bayraq edib döyüşəcəksən, Azərbaycan əsgəri! "Uğurum dağlar aşacaq, dərələr keçəcək, gözəlim bayraqlar Şuşanın daşına-torpağına sarılacaq, Cıdır düzünün çiçəklərinin ləçəklərinin şehinə bələnəcək!" deyəcəksən, avtomatın qundağını sıxan barmaqların indi tətik sıxacaq.

Deyirdin ki, səngər Böyük Qələbənin yolları üstə müvəqqəti dayanacaqdı, Azərbaycan əsgəri! Bu döyüş dediklərini gerçəkləşdirəcəyin döyüş olacaq. Bu ilin iyulunda düşmən dövlət sərhədimizi pozmağa cəhd edəndə də əsgər qardaşların onun niyyətini çiliklədi, sərhəd boyunca neçə-neçə dayaq məntəqəsini dağıtdı, döyüş texnikasını sıradan çıxartdı, onlarla hərbçisini məhv etdi. O döyüşün davamı kimi döyüşəcəksən. Böyük Qələbənin son gülləsinəcən döyüşəcəksən. Düşmənin, erməniliyin son nəfəsinəcən döyüşəcəksən!

2016-cı ilin aprelində məktəbliydiniz. Siz də döyüşmək üçün ön xəttə getmək istəmişdiniz. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə atalar oğullardan, oğullar atalardan xəbərsiz müraciət etmişdi. Atalara da, oğullara da eyni cavab deyilmişdi: "Sağ olun ki, müraciət edirsiniz, ancaq buna ehtiyac yoxdur." İndi hərbi xidmətdəsiniz, əsgərsiniz. Ali Baş Komandanın döyüş əmri torpaqlarımızın işğaldan azad edilməsi üçündü. O döyüşlərin iştirakçısı olmaq niyyətiylə xidmət edirsiniz. Məqam həmin məqam olacaq, Azərbaycan əsgəri! Bu tarixi missiyanın icraçıları sırasında siz də olacaqsınız. Qazanacağınız qələbənizə mübarək deyəcəyik. Yerlər də, göylər də səsini səsimizə qatacaq. Bu qələbə işğala meyilli dövlətlərə Tofiq Fikrətin "Millət şərqisi" ilə xatırladacaq ki, "Zülmün topu var, gülləsi var, qələsi varsa, haqqın da yenilməz qolu, dönməz üzü vardır"...

Siz Şirin Mirzəyevin, Albert Aqarunovun, İsgəndər Aznaurovun, Mübariz İbrahimovun, Çingiz Qurbanovun, ... döyüş yolunu qələbəylə tamamlayacaqsınız. Böyük Qələbəniz şəhidlərimizin ruhuna gözaydınlığı olacaq.

Oğul itirən ananın oğlu kimi döyüşəcəksiniz, qardaş itirən bacının qardaşı kimi döyüşəcəksiniz. Şəhidlərin ruhu həmişə sıranızdadı, bu ruhların sağ qoluna dönüb döyüşəcəksiniz, yaraları qaysaq bağlamayan torpağın daş əlinə, dağ qoluna dönüb döyüşəcəksiniz, göy üzünün şimşəyinə, yağışına dönüb döyüşəcəksiniz, zamanında igidlərin sərhədlərdən üzülməyən baxışına dönüb döyüşəcəksiniz...

Elə döyüşün ki, Azərbaycanı sevənlər döyüşünüzdən qürurlansınlar, Azərbaycan əsgəri!

Rəşid Hüseynov, "Azərbaycan Ordusu"

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:59 22.10.2020

Təhsil naziri YUNESKO-nun sessiyasında Ermənistanın təcavüzündən danışıb

23:48 22.10.2020

"Həmsədrlər kimi danışıqlar prosesinin təşkilinə görə bizim üzərimizə məsuliyyət düşür"

23:26 22.10.2020

"Makkabi" - "Qarabağ" matçında hesab açıldı

23:19 22.10.2020

Elə vəziyyətə gəlib çatmamalıyıq ki, xəstəlik orduya gedib çıxsın - Səhiyyə Nazirliyi

22:58 22.10.2020

"Makkabi" və "Qarabağ"ın start heyətləri açıqlandı

22:48 22.10.2020

Türkiyənin Baş Ombudsmanı: "Ermənilərin etdikləri vəhşilikdir, cinayətdir"

22:39 22.10.2020

Azərbaycanlı xanım Amerika dövlət proqramının seçilən siması oldu

22:18 22.10.2020

Əsgər Daniel Zarmayilov: “Vətən uğrunda son damla qanıma qədər döyüşəcəm”

22:05 22.10.2020

Şair İsmayıl Dadaşov vəfat edib

21:48 22.10.2020

“Qarabağ münaqişəsinin həllində heç kim Rusiyadan daha çox maraqlı deyil”

21:22 22.10.2020

Putin: “İlham Əliyev və Paşinyanla sıx təmasdayam, gün ərzində bir neçə dəfə telefonla danışırıq”

21:16 22.10.2020

Prokurorluqdan Zəngilanda üzərinə bayrağımız sancılan bina ilə bağlı məlumat

21:15 22.10.2020

"Azərbaycan ərazilərinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz"

20:56 22.10.2020

Mehriban Əliyeva: "Bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır"

20:50 22.10.2020

“Ermənistan və Azərbaycan bizim üçün bərabər tərəfdaşdır” - Putin

20:38 22.10.2020

Beynəlxalq təşkilatlar rayonlarımızın raket zərbələrinə məruz qalması barədə məlumatlandırılıb - FOTO