Bank Respublika “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görüldü

Bank Respublika “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görüldü
İQTİSADİYYAT
12:00 17.07.2026
1070

Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika nüfuzlu beynəlxalq maliyyə nəşri "Euromoney” tərəfindən "Azərbaycanın ən yaxşı kiçik və orta sahibkarlıq bankı” adına layiq görülüb

AZXEBER.COM xəbər verir ki, qaliblərin adları Londonda keçirilən təntənəli Euromoney Awards for Excellence 2026 mükafatlandırma mərasimində elan edilib. Artıq 30 ildən çoxdur təqdim olunan bu mükafat bankçılıq sahəsində ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur və hər il yüksək nəticələr nümayiş etdirən, innovativ yanaşması və yüksək müştəri xidməti ilə seçilən dayanıqlı maliyyə institutlarını qiymətləndirir.

Bu nüfuzlu mükafatın Bank Respublikaya təqdim olunması Bankın mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, biznesin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, müasir bank həllərinin tətbiqi və ölkənin real sektorunun davamlı inkişafına verdiyi töhfənin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisidir.

"Euromoney” ekspertləri Bankın fəaliyyətini qiymətləndirərkən kiçik və orta biznes seqmentində əldə etdiyi dayanıqlı nəticələri, sahibkarlar üçün məhsul və xidmət portfelinin davamlı genişləndirilməsini, rəqəmsal bankçılıq həllərinin inkişafını, biznes proseslərinin təkmilləşdirilməsini, eləcə də Bankın Azərbaycan iqtisadiyyatının real sektorunun inkişafına verdiyi əhəmiyyətli töhfəni xüsusi qeyd ediblər.

"Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bununla bağlı bildirib: "Nüfuzlu "Euromoney” nəşri tərəfindən mükafata layiq görülməyimiz sahibkarlığın dəstəklənməsi və müasir bank həllərinin inkişafı istiqamətində həyata keçirdiyimiz ardıcıl fəaliyyətə verilən yüksək qiymətdir. Bu mükafat bizim üçün təkcə əldə etdiyimiz nəticələrin beynəlxalq səviyyədə tanınması deyil, həm də inkişaf strategiyamızın dünyanın ən nüfuzlu beynəlxalq maliyyə nəşrlərindən biri tərəfindən yüksək qiymətləndirilməsidir. Bizə göstərilən etimada görə müştərilərimizə və tərəfdaşlarımıza, həmçinin peşəkarlığı, fədakarlığı və gündəlik əməyi ilə bu uğura töhfə verən Bank Respublika rəhbərliyinə və əməkdaşlarına səmimi təşəkkürümüzü bildiririk. Məhz birgə səylərimiz sayəsində bu nüfuzlu beynəlxalq mükafata layiq görülmüşük.”

Qeyd edək ki, Euromoney beynəlxalq maliyyə nəşri 1969-cu ildən fəaliyyət göstərir və dünya bankçılıq və maliyyə sektorunun ən nüfuzlu informasiya mənbələrindən biri hesab olunur. Awards for Excellence mükafatı isə hər il 100-dən çox ölkədə fəaliyyət göstərən bank və maliyyə institutlarının maliyyə nəticələri, innovasiyalar, rəqəmsal transformasiya, müştəri xidmətlərinin keyfiyyəti, biznes modelinin səmərəliliyi və strateji inkişafı kimi meyarlar əsasında həyata keçirilən hərtərəfli qiymətləndirmənin nəticələrinə uyğun olaraq təqdim edilir. Bu mükafat dünya bankçılıq sənayesində ən nüfuzlu beynəlxalq tanınma göstəricilərindən biri hesab olunur.

Daha ətraflı məlumat üçün:

Veb sayt: www.bankrespublika.az

Sosial şəbəkələr:  🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn | 📨 Telegram
Çağrı Mərkəzi: 144


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib
21:58 27.10.2026
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:53 27.10.2026
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
21:45 27.10.2026
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
21:30 27.10.2026
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
21:22 27.10.2026
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
21:14 27.10.2026
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
21:09 27.10.2026
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir?  - Hüquqi izah
21:03 27.10.2026
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir? - Hüquqi izah
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
20:58 27.10.2026
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
20:53 27.10.2026
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
20:47 27.10.2026
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
20:39 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
20:34 27.10.2026
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
20:31 27.10.2026
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
20:29 27.10.2026
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
20:23 27.10.2026
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib