Sizdə bu əlamətlər varsa, hər an infarkt ola bilərsiniz - Həkim açıqladı

Sizdə bu əlamətlər varsa, hər an infarkt ola bilərsiniz - Həkim açıqladı
SAĞLAMLIQ
13:31 04.05.2026
816
Ürək xəstəliyi qadınlarda və kişilərdə eyni şəkildə inkişaf etmir və xüsusilə ölüm nisbəti baxımından nəzərəçarpacaq dərəcədə fərq var.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ürək xəstəliklərinin qadınlar üçün daha kritik vəziyyətin olduğu bildirilib.
 
Anadolu Sağlamlıq Mərkəzi Xəstəxanasından Kardiologiya Mütəxəssisi Dr. Nermina Alagiç bildirib ki, ürək xəstəliklərindən ölümə görə qadınlar öndədir:
 
"Kişilərdə daha çox rast gəlinsə də, qadınlarda ürək xəstəliyindən ölüm nisbəti daha yüksəkdir. Bu, qadınlarda menopozdan sonra artır. Ümumiyyətlə, ilk ürək tutması daha ölümcül olur və bunun vacib səbəblərindən biri xəstəxanaya gec müraciətdir".
 
Həkim deyib ki, ürək xəstəlikləri 70-dan çox aşağı insanlarda daha çox görünür: 

"Ürək-damar xəstəlikləri koronar ürək xəstəliyi, serebrovaskulyar xəstəlik və revmatik ürək xəstəliyi kimi ürək və qan damarlarına təsir edən bir qrup xəstəlikdən ibarətdir. Bu xəstəliklərlə əlaqəli ölümlərin beşdə dördündən çoxu ürək tutmaları və insultlardan qaynaqlanır və ölümlərin üçdə biri 70 yaşdan kiçik insanlarda baş verir. Genetik amil varsa, ailə üzvlərindən birində ürək-damar xəstəliyinin inkişaf riski əhəmiyyətli dərəcədə arta bilər. Bundan əlavə, yaşlanma, diabet, yüksək təzyiq, yüksək xolesterol və tütün istifadəsi də həyəcan təbili çalır. Piylənmə, oturaq həyat tərzi, sağlam olmayan pəhriz və yüksək duz qəbulu ikinci dərəcəli risk faktorları arasındadır”, - deyə, həkim bildirib.

Həkim ürək xəstəliklərinin simptomları haqda da danışıb: 
 
"Mən ürəyi bir evə bənzədirəm. Bir evdəki su boruları, elektrik sistemi, divarlar və qapılar bütövlükdə birlikdə işlədiyi kimi, ürək də eyni şəkildə fərqli struktur və sistemlərdən ibarətdir. Bu sistemlərdəki problem fərqli şikayətlərlə özünü göstərir. Buna görə də, xəstənin şikayətlərinin növü və sahib olduğu risk faktorları bizə hansı "sistem”ə diqqət yetirməli olduğumuzu göstərir. Müayinə zamanı bu istiqamətdə qiymətləndirmə apararaq problemin mənbəyini müəyyən edirik.
 
Buna görə də, ürəyə təsir edə biləcək bir çox səbəb olsa da, ən çox görülən simptomlar qol, çənə və ya bel nahiyəsinə yayıla bilən təzyiq və ya yanma şəklində sinə ağrısı, ürək döyüntüsü, nəfəs darlığı, zəiflik, ürəkbulanma, qusma və tərləmə kimi sadalana bilər. Burada vacib olan şey daralmış damara vaxtında müdaxilə edə bilməkdir. Bunun üçün stent yerləşdirilə, balon proseduru aparıla və ya bypass əməliyyatı tətbiq oluna bilər.”
 
Bu əməliyyatlar vaxtında aparıldıqda ürək xəstəliyinin təsirlərini əhəmiyyətli dərəcədə azalda bilərik. Lakin, xəstə simptomları görməzdən gələrsə və tibbi yardım almağı gecikdirərsə, bütün tədbirlərə baxmayaraq ürək çatışmazlığı ilə həyatlarını davam etdirməli ola bilərlər”, - deyə o bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR