'Sizi ağıllandırmaq lazımdır, getdik qəbiristanlığa'

İDMAN
11:55 27.12.2012
1427

Türkiyədə bir məşqçi idmançılarının nizam-intizamını düzəltmək üçün ilginc üsula əl atıb.

Fanat.az xəbər verir ki, atletika məşqçisi Abdullah Yılmaz səhər məşqlərinə qatılmayan yetirmələrini qəbiristanlıqda “ağıllandırmağa” çalışır.

Tokat səhər idmanlarına gəlməyən idmançıları məzarlığa aparıb, onlara öldükdən sonra yatmaq üçün çox vaxtlarının olacağını, bu səbəbdən də məşq qrafikini riayət etməyi başa salır. Məşqçi yetirmələrinə “Sonunda bura gələcəyik. Yaşadığınız müddətdə məqsədiniz böyük uğurlar qazanmaqdısa, az yatıb, az danışıb, çox iş görəcəksiniz” deyir.

Yılmaz bu fikrin əcnəbi bir yazarın kitabını oxuduqdan sonra ağlına gəldiyini bildirib.

OXŞAR XƏBƏRLƏR