‘Sizi öpürəm, bağrıma basıram...’- FOTOLAR

‘Sizi öpürəm, bağrıma basıram...’-  FOTOLAR
SİYASƏT
23:59 29.06.2015
2514
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri I Avropa Oyunlarında qalib gələn idmançılar, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və oyunların təşkilində xidmətləri olan xaraici tərəfdaşlarla görüşdə iştirak ediblər.

AZXEBER.COM-un report-a istinadən məlumatına görə, prezident Avropa Oyunlarının uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb, oyunları Azərbaycan və Avropa üçün tarixi hadisə kimi dəyərləndirib. İlham Əliyev bu Oyunlara ictimaiyyətin dəstək verdiyini, bunun sayəsində oyunların yüksək səviyyədə keçdiyini vurğulayıb.

Prezident oyunlara hazırlıqda Beynəlxalq Əməliyyat Komitəsinin rolunu da yüksək qiymətləndirib.

Dövlət başçısı könüllülərin fəaliyyətindən də danışıb:

“Bizim gənclər qürur mənbəyimizdir. Onlar gecə-gündüz peşəkarlıqla, mədəniyyət göstərərək, Azərbaycan xalqına xas olan qonaqpərvərliyi nüməyiş etdirərərək çalışıblar. Doğrudanda, bizim gələcəyimiz etibarlı əllərdədir. Onlar cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar”.

İ.Əliyev Avropa Oyunlarının keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinin fəaliyyətini xüsusi vurğulayıb: “Hər bir xırda məsələ, bütün işlər ən yüksən səviyyədə görülmüşdü. Oyunların keçirilməsində heç bir problem yaşanmayıb. Təşkilat Komitəsinə rəhbərlik edən Mehriban Əliyevanın fəaliyyətini yüksək qiymətləndirirəm. O, bu oyunların keçirilməsinə çox böyük töhvə verib, oyunların bu səviyyədə keçirilməsi üçün canını qoydu.

Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu komitə belə tərkibdə ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq, həm də ən əsası xalqa, dövlətə sevgi-məhəbbət vardı və var. Ümumiyyətlə, bu, ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir”.

Dövlət başçısı idmançıların uğurlarının ölkənin gücünü, potensialını göstərdiyini bildirib.

Prezident İlham Əliyev Avropa Oyunlarının cəmiyyətdə unikal əhval-ruhiyyə yaratdığını qeyd edib: “İdmançıların qələbələri bu Oyunları daha böyük zirvəyə qaldırdı. Azərbaycan komandasının neçənci yer tutması ilə bağlı cəmiyyətdə fərziyələr var idi. Heç kim inanmırdı ki, bu, ikinci yer olacaq. Bu, tarixi qələbədir, Azərbaycan idmanının qələbəsidir. Sizi öpürəm, bağrıma basıram. Oyunlar keçirilən zaman yəqin ki, hamımız kövrəldik. Bu zaman elə anlar olmuşdu ki, bunu sözlə ifadə etmək çətindir. Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, xalqımızın birliyi heç vaxt yadımızdan çıxmayacaq. Azərbaycan bu gün zirvədədir, ölkəmiz inkişafda olan müstəqil dövlət kimi uğurla irəli gedir. Siyasi, iqtisadi sahədə, diplomatik arenalarda, idman yarışlarında böyük qələbələrimiz var. Biz haqlı olaraq, bununla fəxr edirik. Fəxr edirik ki, biz Azərbaycan vətəndaşıyıq. Fəxr edirik ki, biz cəmi 24 il ərzində güclü dövlət qurmuşuq”.

“Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Prezident İlham Əliyevə təşəkkürünü bildirib: “17 gün ərzində yaşadığımız xoş anlar üçün Sizə dərin minnətdarlığımızı bildiririk. İdman leksikasından istifadə etsəm, deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Burada qalib gəlməmək mümkün deyildi. Xalqımıza, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir. Xidmətimizin nəticələrini görüb, yaşamaq xoşbəxtlikdir. Biz hər birimiz ölkənin əsgəriyik, Azərbaycanın gələcəyi üçün tam gücümüzlə xidmət etməyə hazırıq. Çox sağ olun ki, Azərbaycanı belə yüksək zirvələrə qaldırmısınız. Tanrı Sizi və Azərbaycanı hər zaman qorusun”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
WSJ: ABŞ İrana qarşı əməliyyatları tezliklə dayandırmayacaq
10:03 14.03.2026
WSJ: ABŞ İrana qarşı əməliyyatları tezliklə dayandırmayacaq
Vens: Tramp Ukraynada münaqişənin başa çatmasını və Rusiya ilə ticarətin bərpasını istəyir
05:15 14.03.2026
Vens: Tramp Ukraynada münaqişənin başa çatmasını və Rusiya ilə ticarətin bərpasını istəyir
KİV: ABŞ Yaxın Şərqə 5 minə yaxın hərbçi göndərir
03:42 14.03.2026
KİV: ABŞ Yaxın Şərqə 5 minə yaxın hərbçi göndərir
ABŞ Yaxın Şərqə Ukrayna istehsalı olan dron əleyhinə vasitələr göndərib
02:18 14.03.2026
ABŞ Yaxın Şərqə Ukrayna istehsalı olan dron əleyhinə vasitələr göndərib
27 yaşlı gənc adrenalin yaşamaq istəyərkən həlak oldu: Hadisə yerindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
01:37 14.03.2026
27 yaşlı gənc adrenalin yaşamaq istəyərkən həlak oldu: Hadisə yerindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
00:41 14.03.2026
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
00:28 14.03.2026
Zelenski Parisdə Pəhləvi ilə görüşüb
Telefonunu tutmaq istədi, müvazinətini itirdi: Gəncədəki dəhşətli hadisənin TƏFƏRRÜATI - VİDEO
23:59 13.03.2026
Telefonunu tutmaq istədi, müvazinətini itirdi: Gəncədəki dəhşətli hadisənin TƏFƏRRÜATI - VİDEO
“Qavaldaş nağara" sındırıldı - Məhkəmə bitdi
23:49 13.03.2026
“Qavaldaş nağara" sındırıldı - Məhkəmə bitdi
İsrail ordusu Tehranda "Bəsic" qərargahlarına zərbələr endirdiyini açıqlayıb
23:39 13.03.2026
İsrail ordusu Tehranda "Bəsic" qərargahlarına zərbələr endirdiyini açıqlayıb
Güclü maqnit qasırğası gözlənilir
23:34 13.03.2026
Güclü maqnit qasırğası gözlənilir
Müctəba Xamenei barədə məlumat verənə 10 milyon dollar vəd edildi
23:25 13.03.2026
Müctəba Xamenei barədə məlumat verənə 10 milyon dollar vəd edildi
Bakıda qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - VİDEO
23:12 13.03.2026
Bakıda qəribə dələduzluq: "Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - VİDEO
Ərdoğan: Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır
22:58 13.03.2026
Ərdoğan: Türkiyənin hava məkanının təhlükəsizliyi nəzarət altındadır
Abbas Əraqçi Türkiyəyə təşəkkür edib
22:44 13.03.2026
Abbas Əraqçi Türkiyəyə təşəkkür edib
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb
22:40 13.03.2026
Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatıb