"Bu dünyada əvəzolunmaz insanlar yalnız ata və anadır".
AZXEBER.COM xəbər verir ki, bu sözləri ard-arda valideynlərini itirən aparıcı Xoşqədəm Hidayətqızı sosial media hesabında yazıb.
Aparıcı valideynləri üçün darıxdığını dilə gətirib:
"Səni gərçəkdən sevən, acılarına göz yaşı tökən, sevincinə ürəkdən sevinən, bir sözlə, səni hər halınla düşünən yalnız valideynlərinmiş. İnsan onları itirdikdən sonra bunu daha dərindən anlayır. Çox darıxıram sizin üçün".
Aysel