"Skype" bu tarixdə bağlanacaq

"Skype" bu tarixdə bağlanacaq
DÜNYA
23:44 01.05.2025
169
"Skype" platforması mayın 5-də bağlanacaq.

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, bu barədə "Microsoft"un texniki dəstək saytındakı məlumatda vurğulanıb.

"Siz mayın 5-dək "Skype"dan istifadəyə davam edə bilərsiniz", - şirkətdən bildirilib.

Şirkət istifadəçi hesablarının "Microsoft Teams" xidmətinə veriləcəyini dəqiqləşdirib.

Xatırladaq ki, "Skype" 2003-cü ildə istifadəyə verilib. 2011-ci ildə "Microsoft" həmin platformanı alıb. 2017-ci ildə isə şirkət "Skype"a bənzər "Teams" platformasını işə salıb və o vaxtdan bu günə qədər fəal şəkildə təbliğ edir.
OXŞAR XƏBƏRLƏR