Slovakiya - Azərbaycan matçının vaxtı açıqlandı

Slovakiya - Azərbaycan matçının vaxtı açıqlandı
İDMAN
10:17 10.09.2020
791
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Slovakiya – Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib.

AZXEBER.COM AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nitra şəhərindəki eyniadlı stadionda oktyabrın 8-də təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. 

Qeyd edək ki, Azərbaycan millisi 2-ci qrupda 7 oyundan sonra 6 xalla 4-cü pillədə qərarlaşıb. 
OXŞAR XƏBƏRLƏR