İyunun 21-də AVRO-2024 turniri çərçivəsində Slovakiya və Ukrayna milliləri üz-üzə gələcəklər.
AZXEBER.COM xəbər verir ki, matç Almaniyanın Düsseldorf şəhərinin eyni adlı stadionunda keçiriləcək.
Yerli vaxtla saat 17:00-da başlayacaq qarşılaşmanı britaniyalı hakim Maykl Oliver idarə edəcək. Oliverin köməkçiləri Stüart Bert və Den Kuk olacaq.
Qeyd edək ki, qrupun ilk oyunlarında Slovakiya Belçikanı 1:0 hesabı ilə, Rumıniya Ukraynanı 3:0 hesabı ilə məğlub edib.
Məryəm