Slovakiya - Ukrayna matçının hakimləri bəlli oldu

İDMAN
14:01 20.06.2024
130
İyunun 21-də AVRO-2024 turniri çərçivəsində Slovakiya və Ukrayna milliləri üz-üzə gələcəklər.

AZXEBER.COM xəbər verir ki, matç Almaniyanın Düsseldorf şəhərinin eyni adlı stadionunda keçiriləcək.
 
Yerli vaxtla saat 17:00-da başlayacaq qarşılaşmanı britaniyalı hakim Maykl Oliver idarə edəcək. Oliverin köməkçiləri Stüart Bert və Den Kuk olacaq.

Qeyd edək ki, qrupun ilk oyunlarında Slovakiya Belçikanı 1:0 hesabı ilə, Rumıniya Ukraynanı 3:0 hesabı ilə məğlub edib. 

Məryəm

OXŞAR XƏBƏRLƏR