Slovakiyada sərnişin qatarları toqquşub, 100 nəfər xəsarət alıb

Slovakiyada sərnişin qatarları toqquşub, 100 nəfər xəsarət alıb
DÜNYA
18:58 13.10.2025
99
Slovakiyanın şərqində, Rojnava şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində təxminən 100 nəfər xəsarət alıb, iki nəfərin vəziyyəti kritikdir.

Bu barədə TASR agentliyi məlumat verib.

Region polisinin məlumatına görə, hadisə yerinə təcili yardım maşınları və xilasedici helikopter göndərilib.

Daxili işlər naziri Matus Sutaj Estok mətbuat konfransında bildirib ki, qəzaya maşinistlərdən birinin digərinə yol verməməsi səbəb olub.

Nazir əlavə edib ki, hələ də üç nəfər qatarların arasında sıxışıb qalıb və onların vəziyyəti barədə məlumat yoxdur.
 
\APA
OXŞAR XƏBƏRLƏR