Slovakiyanın baş naziri Azərbaycanda - FOTO

Slovakiyanın baş naziri Azərbaycanda - FOTO
Siyasət
19:16 12.11.2018
3772
Slovakiyanın baş naziri Peter Pelleqrini noyabrın 12-də Azərbaycana rəsmi səfərə gəlib.

AZXEBER.COM AzərTac-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hərbi orkestrin ifasında Slovakiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

P. Pelleqrinini hava limanında Azərbaycan baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.
 

OXŞAR XƏBƏRLƏR