Sloveniyanın baş naziri Azərbaycana səfər edəcək

İQTİSADİYYAT
09:36 11.01.2013
1642
Sloveniyanın baş naziri Yanez Yanşanın başçılıq etdiyi nümayəndə heyəti gələn həftə Azərbaycana səfər edəcək.Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə yanvarın 16-da Bakıda Azərbaycan-Sloveniya biznes forumu keçiriləcək. Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, enerji, turizm, tikinti, səhiyyə, təhsil, konsaltinq və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edəcək.Biznes forum çərçivəsində Azərbaycan və Sloveniyanın iqtisadiyyatına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.//APA

OXŞAR XƏBƏRLƏR