"Smart Hackathon" layihəsi yekunlaşdı, qaliblərə mükafat verildi - FOTOLAR

"Smart Hackathon" layihəsi yekunlaşdı, qaliblərə mükafat verildi - FOTOLAR
SOSİAL
16:48 01.05.2023
379
Aprel ayının 29-30 tarixində MLK Tech Group şirkətinin baş sponsorluğu ilə Xəzər Universitetində Xəzər Universiteti və SPE Xəzər Universiteti Tələbə Bölməsi təşkilatçılığında mini Smart Hackathon baş tutub.
 
AZXEBER.COM xəbər verir ki, Smart Hackathon tələbələr üçün nəzərdə tutulmuş kodlaşdırma yarışıdır. 

29-30 Aprel tarixi olmaqla iki gün davam edən 'Hackathon’un keçirilməsində əsas məqsəd proqramçı tələbləri bir araya gətirmək və müəyyən probləmər üçün yeni həllər tapmaqdır.
Hackathon’da kənd təsərrüfatı, ağıllı sistemlər, nəqliyyat və təhlükəsizlik kimi mövzulara yer verilib. Hakchatonu uğurla bitirən komandalara tədbirin sonunda pul mükafatı təqdim olunub.
 
Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Hüseynov, Vüqar İskəndərov, MLK Tech Group şirkətinin direktoru Mələk Mahmudova, Xəzər Universitetinin rektoru İradə Xəlilova və Təhsil Fondunun sədr müavini Nərgiz İsmayılova iştirak edib.

Tədbirin açılış mərasimi fəxri qonaqların çıxışı ilə yekunlaşdıqdan sonra Smart Hackathon iştirakçıları komanda halında iki gün hazırlıq mərhələsinin ardından layihələrini təqdim etməyə başlayıblar. 

Münsiflər Heyəti tələbələrin layihələrini dinləyərək, müvafiq qiymətləndirmə aparıb. Smart Hackathon 2023 bağlanış mərasimində tədbir iştirakçılarına sertifikatlar və 3 qalib komandaya pul mükafatı təqdim olunub.










OXŞAR XƏBƏRLƏR