SN: “Qızılcaya yoluxma hallarının sayında artım var”

SN: “Qızılcaya yoluxma hallarının sayında artım var”
SOSİAL
13:38 22.12.2023
213
"Son vaxtlarda qızılcaya yoluxma hallarının sayında artım var”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, Azərbaycan 2015-ci ildə qızılcanın endemik region olmadığı haqqında Ümumdünya Səhiyyə Təşkilatının verdiyi sənədə malikdir:

"Yəni Azərbaycanda qızılcaya yoluxma halı başqa ölkədən gətirilmə ilə mümkündür. 2023-cü ilin aprel ayında Azərbaycanda yoluxma halları müşahidə olunmağa başladı. Lakin əhalinin ya xəstəliyi keçirmə, ya da peyvənd olunmaqla qazanılmış immuniteti varsa, bu zaman infeksiya başqa ölkədən gətirilsə belə, yoluxma olmamalıdır. Hazırkı yoluxma hallarının sayının artması isə onu göstərir ki, pandemiya dövründə və öndən əvvəlki dönəmdə peyvənddən əsassız yayınma halları olub”.

O bildirib ki, peyvənd təqviminə uyğun olaraq uşaqlar peyvənd edildikləri zaman belə hallar olmur:
"Bu gün baş verən halları müşahidə edərkən görürük ki, onların əksəriyyəti ya peyvənd almayanlardır, ya da bir dəfə peyvənd olunan şəxslərdir”.

Təyyar Eyvazov deyib ki, qızılcaya qarşı həssaslığı aradan qaldırmağın əsas yolu peyvənddir:

"Əhaliyə çağırış edərək demək istəyirəm ki, uşaqlarının sağlamlığını istəyirlərsə, əgər övladları qızılcaya qarşı vaksin almayıblarsa, onları peyvənd etdirsinlər. Bununla bağlı Səhiyyə Nazirliyi xüsusi təlimat buraxıb. Peyvənd işini aparan mütəxəssislərimiz də kifayət qədər məlumatlıdırlar. Hesab edirəm ki, bu istiqamətdə iş normal təşkil olunsa, düzgün aparılsa və həssas insanları əhatə etsə, biz yoluxma hallarının kəskin azaldığını müşahidə edəcəyik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
11:50 22.07.2026
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
11:33 22.07.2026
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
Arzumun cəzasının ağırlaşdırılması istənildi
11:21 22.07.2026
Arzumun cəzasının ağırlaşdırılması istənildi