Snayper-kəşfiyyatçı: “Tabutu açıb dedim ki, hələ sağam” - VİDEO

Snayper-kəşfiyyatçı: “Tabutu açıb dedim ki, hələ sağam” - VİDEO
SOSİAL
10:05 19.02.2021
5781
30 nəfər hərbçi girdikləri döyüşdə minaya düşür, onların yarısından çoxu şəhid olur. Elə əslən Balakən rayonunun Şambul kəndindən olan snayper-kəşfiyyatçı Pərviz Urkayev də həmin minadan öz payını alır. Şəhid yoldaşları kimi tabuta qoyularaq hospitala yola salınır. Amma tabutlar maşına yığılan zaman gözlənilməz hadisə baş verir. Tabutların birindən səs gəlir: "Mən hələ sağam”.

Bunları qazi Pərviz Urkayev "Xəzər xəbər”ə danışıb:

"Gördüm ki, qaranlıq bir otaqdayam. Tabutu dirsəyimlə vurub açanda yanımdakı əli və qolu olmayan əsgər yoldaşımın sürünə-sürünə getdiyini gördüm. Dedim ki, məni qoyub hara gedirsən. Mənə dedi ki, ardımca gəl. O, məni qaldıranda huşumu itirdim”.

P.Urkayev huşunu itirdikdən sonra nəbzi dayanıb. Bundan sonra o, şəhid bayrağına bükülərək yenidən tabuta qoyulub və morqa göndərilib. Burada isə həkimlər bir-bir şəhid nəşlərini müayinə edərkən onun sağ olduğunu görüblər.

"Həkimlər tabutların hamısını yoxlayıblar. Mənim tabutumu yoxlayanda görüblər ki, nəbzim vurur. Götürüb aparıblar xəstəxanaya. Mən komadan çıxandan sonra deyirdilər ki, səndəki ürək heç kimdə yoxdur. Bədənində qan qurtarmışdı, yenə də ürəyin işləyirdi”, - deyə Urkayev bildirib.

Qazimiz deyir ki, özünə gələn zaman ayağının topuqdan aşağı hissəsinin olmadığını görüb. Əvvəl elə zənn edib ki, ayağı amputasiya edilib, daha sonra minaya düşərkən ayağının elə yerindəcə qopduğunu öyrənib.

Qeyd edək ki, P.Urkayev Prezident İlham Əliyevin Sərəncamı ilə "Cəsur döyüşçü” medalı ilə təltif ediib.

Daha ətraflı aşağıdakı süjetdə:
 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
16:49 28.06.2025
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Cümşüd evin tək övladı imiş… - VİDEO
16:44 28.06.2025
Cümşüd evin tək övladı imiş… - VİDEO
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
16:21 28.06.2025
Bakıda iqtisadi əməkdaşlıq görüşü baş tutdu - FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI