Soğanda xərçəngi müalicə edən maddə var imiş - Yaponiyalı alimlərin araşdırması

SAĞLAMLIQ
23:26 26.06.2019
9502
Soğanda olan birləşmələr orqanizmin xərçəng əleyhinə müdafiə mexanizmini aktiv saxlayır.

AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, bu qənaətə yapon tədqiqatçıları gəlib. Məlumata görə, soğanda olan maddələr həmçinin yumurtalıq xərçənginin müalicəsində terapevtik effekt verə bilər. 

Belə ki, tədqiqatlar zamanı Onioinin A adlı birləşmə siçanlarda yumurtalıq xərçənginə tətbiq olunub. Nəticədə şiş hüceyrələrinin artımında tormozlanma baş verib. 

Elm adamları ONA birləşməsinin şiş əleyhinə preparatların effektini artıra biləcəyini və şiş hüceyrələrinin yayılmasının, artmasının qarşısını ala biləcəyini düşünür.

OXŞAR XƏBƏRLƏR