Bir çox ulduz kifayət qədər yetkin yaşda ailə həyatı qurur. Bəziləri uşaqları özləri dünyaya gətirir, bəziləri surroqat analığa müraciət edirlər. Deyə bilərik ki, Alla Puqaçova 64 yaşında ana olmaqla "yaşlılar” arasında rekorda imza atıb.
AZXEBER.COM xəbər verir ki, bu haqda Kseniya Sobçakın Alla Puqaçovanın doğum gününə həsr etdiyi filmdə danışılıb.
Filmdə yer alan məlumatlara görə Alla və onun əri Maksim Qalkin surroqat ananın xidmətindən istifadə etdiklərini gizlətməyiblər.
Ancaq cütlük, Liza və Harrini dünyaya gətirmək üçün istifadə edilən yumurtaları Allanın illər öncə dondurduğunu və uşaqların onun öz övladı olduğunu iddia ediblər.
İnsanlar bu versiyaya həqiqətən inanmadılar və 11 il ərzində internetdə müxtəlif şayiələr yayıldı. Bütün dedi-qodular "Puqaçova əkizlərin təbii anası deyil" fikrini dəstəkləyirdi.
İllərlə iddia olaraq ortada dolaşan söz-söhbət, nəhayət ki, Kseniya Sobçakın çəkdiyi filmdə öz təsdiqini tapıb.
Hesabında video yayımlayan Sobçakın yazdığı "Elə tanınmış simalar var ki, 60 yaşda olsa da suroqat ana vasitəsilə ana olub" şərhi ağıllara Puqaçovanı gətirib.
Sobçak Allanın yumurtalarını dondurması üçün ən gec 20 yaşında bunu etməli olduğunu da vurğulayaraq, xalq artistinin bu iddialarını da yalanlayıb.
Aysel
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR