Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı il Futbol üzrə Avropa Çempionatı və bu turnirin seçmə oyunlarının əsas sponsorları sırasına daxil olduğunu böyük məmnunluq hissi ilə elan edir.
AZXEBER.COM-un şirkətin rəsmi saytına istinadən verdiyi xəbərə əsasən, SOCAR və UEFA arasındakı bu əməkdaşlıq, ilk turniri 1960-cı ildə Fransada keçirilən və hər dörd ildən bir təşkil edilən, dünyanın ən mötəbər milli komanda birinciliklərindən olan və böyük auditoriya kütləsi toplayan zəngin tarixli futbol yarışına çox böyük töhfə verəcək. Bu hadisəyə münasibət bildirən ARDNŞ-nin marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov demişdir: “Biz bu gələcək yönümlü layihəyə qoşulmaqdan məmnunluq hiss edir və bildirmək istəyirik ki, ARDNŞ-nin dünya idmanı ilə əməkdaşlığı qürurverici bir hadisədir”.