Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 3 162,1 mln. kubmetr təbii qaz hasil olunub.
AZXEBER.COM SOCAR-a istinadən xəbər verir ki, bu isə ötən ilin I yarısına nisbətən 6,2% azalma deməkdir.
Bu ilin altı ayı ərzində şirkət üzrə hasil olunan təbii qazın 512 mln. kubmetri iyun ayının payına düşüb ki, bu da ötən ilin iyun ayından 10% azdır.