SOCAR büdcə ödənişlərini 14% artırıb

İQTİSADİYYAT
13:00 23.11.2013
1435

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Neft Şirkəti büdcəyə 1 milyard 324 milyon 68 min manat vəsait ödəyib.

AZXEBER.COM şirkətə istinadən xəbər verir ki, bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 164 milyon 163 min manat və ya 14,2 faiz çox olub.10 ayda büdcəyə köçürülən məbləğin 138 milyon 976 min manatı oktyabr ayının payına düşüb.Ötən ay büdcəyə ödənilən məbləğ keçən ilin oktyabr ayına nisbətən 12 milyon 920 min manat və ya 10,2 faiz çox olub.Bundan əlavə, cari ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 378 min manat vəsait köçürüb.Bu, ötən ilin oktyabr ayına nisbətən 498 min manat və ya 3,9 faiz çox olub.Ümumiyyətlə, 2013-cü ilin yanvar-oktyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 133 milyon 490 min manat təşkil edib ki, bu da ötən ilin yanvar-oktyabr aylarına nisbətən 1 milyon 913 min manat və ya 1,5 faiz çox olub.

OXŞAR XƏBƏRLƏR