SOCAR "Global Witness" təşkilatinin iddialarina tutarlı cavab verdi

İQTİSADİYYAT
17:20 19.12.2014
1426

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Birləşmiş Krallıqda yerləşən və hasilat sənayesində şəffaflıq məsələlərini araşdıran "Global Witness" qeyri-hökumət təşkilatının irəli sürdüyü bütün əsassız iddialara cavab verən yeni veb-saytını (www.azerbaijananonymousexplained.com)istifadəyə verib.Bu barədə"Report"-aSOCAR-danbildiriblər.

Qeyd olunur ki, "Global Witness" 2013-cü il dekabrın 13-də dərc etdirdiyi "Azerbaijan Anonymous" adlı hesabatında SOCAR-a qarşı əsası olmayan iddialar irəli sürüb və şirkəti qeyri-şəffaqlıqda ittiham edib.

Saytda xarici məsləhətçilərin yardımı ilə SOCAR heyəti tərəfindən xüsusi olaraq hazırlanan və "Global Witness" təşkilatının dərc etdiyi hesabatda qaldırılan bütün suallara dolğun və tutarlı cavab verilib. Veb-sayt hazırda İngilis dilində istifadəyə verilib, lakin səhifənin Azərbaycan və rus dillərində olan versiyaları da tezliklə işə salınacaq.

"Saytın məzmunu elə ilk baxışda "Global Witness" təşkilatının SOCAR-a qarşı irəli sürdüyü iddiaların nə qədər əsassız və qeyri-obyektiv olduğunu əyani şəkildə sübuta yetirir", - məlumatda bildirir.

OXŞAR XƏBƏRLƏR